Haqqımızda
Biz kimik
NAZARR Consulting tikinti və mühəndislik sahəsində planlaşdırma, layihələndirmə, texniki qiymətləndirmə, layihė idarəetməsi, bərpa, gücləndirmə və texniki nəzarət üzrə peşəkar konsultasiya xidmətləri göstərən komandadır.
Şirkət müstəqil konsultasiya strukturu kimi tikinti və mühəndislik sahəsində uzun illər müxtəlif təşkilatlarda fəaliyyət göstərmiş çoxsaylı mütəxəssislərin və sahə ekspertlərinin praktiki təcrübəsi əsasında formalaшdırılmışdır. Bu yanaшma NAZARR Consulting-ə müxtəlif profilli layihələrdə qazanılmış bilikləri vahid komanda daxilində birləшdirməyə və müştərilərə daha çevik, əsaslandırılmış və effektiv həllər təqdim etməyə imkan verir.
Şirkətimizin əsas məqsədi müştərilər üçün etibarlı, praktik və nəticəyönümlü həllər təqdim etməkdir. Biz hər bir layihəyə məsuliyyət, şəffaflıq və yüksək peшəkar standartlarla yanaşırıq. Yanaшmamız yalnız məsləhət verməklə məhdudlaшmır; biz düzgün qərarların seçilməsi, icra prosesinin izlənməsi, keyfiyyətə nəzarət və layihənin uğurlu nəticə ilə tamamlanması mərhələlərində də müştərilərimizə dəstək göstəririk.
Hərtərəfli ekspertiza
Biz layihələrə ayrı-ayrı mərhələlər üzrə deyil, başlanğıcdan yekun nəticəyə qədər kompleks yanaшır. Layihənin ilkin ideya və planlaşdırma mərhələsindən başlayaraq texniki qiymətləndirmə, layihə həllərinin təhlili, sənədlərin yoxlanılması, smeta optimallaшdırılması, tikinti nəzarəti və sonrakı texniki müşayiət üzrə peшəkar dəstək təqdim edirik.
Layihələndirən və mövcud obyektlər üzrə biz texniki audit, konstruksiyaların müayinəsi, qüsur və risklərin aşkarlanması, bərpa və gücləndirmə həllərinin hazırlanması istiqamətində xidmət göstəririk. Zərurət yarandıqda obyektin vəziyyəti üzrė ətraflı hesabatlar, foto-fiksasiya materialları, tövsiyələr və praktik icra planları hazırlanır.


Layihə təcrübəmiz
Komandamız müxtəlif mürəkkəblik dərəcəsinə malik layihələrdə mühəndislik, tikinti, texniki nəzarət, layihə koordinasiyası, bərpa və konsultasiya istiqamətlərində geniş praktiki təcrübəyə malikdir. Fəaliyyətimizin əsas yanaшması hər bir layihənin spesifik tələblərini düzgün qiymətləndirmək, real texniki vəziyyəti təhlil etmək və müştəri üçün praktik, səmərəli və uzunmüddətli həllər təqdim etməkdir.
Erkən fəaliyyət dövründə komandamızın mütəxəssisləri Azərbaycanın neft-qaz infrastrukturu ilə bağlı iri sənaye layihələrində təcrübə qazanmışdır.

Xidmətlərimiz
Xidmət sahələrimiz
Layihə idarəetməsi
Smeta planlaması
Tikinti layihələrin baçlandığdan sona gədər planlanması və icrası
Layihə xərclərinin hesablanması və büdcə idarıetməsi ilə risklərin azadılması
Texniki Nəzarət
Layihələndirmə
Tikinti procesində keyfiyyət və təhlükəsizlik standartlarına tam riayət olunmasının təmin olunması
Müasir memarlıq və mühəndislik həlləri ilə innovativ layihələrin hazırlanması